Goranboyda avtomobil aşdı: biri polis olmaqla iki nəfər yaralandı

Goranboyda avtomobil aşıb, biri polis əməkdaşı olmaqla iki nəfər xəsarət alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.

 

“Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv