Türkiyənin MİT rəhbərinin "sağ əli" tutuldu
Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) tabeliyindəki Elektron Sistemlər Komandanlığının sabiq rəhbəri Bəsri Aktəpə saxlanılıb.
APA TV-nin məlumatına görə, kəşfiyyatçı Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində həbs olunub. O, MİT rəhbəri Hakan Fidanın "sağ əli" kimi tanınıb.
Bəsri Aktəpənin qanunsuz dinləmələrdə və gizli videoçəkilişlərdə əlinin olduğu güman edilir.
Qeyd edək ki, Aktəpə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) tabeliyindəki Elektron Sistemlər Komandanlığının rəhbərliyinə 17-25 dekabr proseslərindən sonra gətirilib. O, prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu müddətdə hökumət binası da daxil istifadə etdiyi bəzi yerlərdə dinləmə cihazları olan "böcək"ləri ortaya çıxaran qrupa rəhbərlik edib.