Çətənə becərən şəxs: "13 yaşından çəkirəm..."

Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər Əzizağa oğlu Pirimov barəsində məlumat daxil olub.

 

APA TV-nin xəbərinə görə, polis əməkdaşları onun yaşadığı evə gələrkən Heydər ərazidə işləyirmiş.

 

Çağırılmamış qonaqların gəlişindən məyus olan ev sahibi əvvəl axtarışın aparıılmasına etiraz etsə də, sonradan onlarda dəqiq məlumatın olduğunu başa düşüb. Əməliyyatçılar ona həyətində əkdiyi kolların sayını belə deyib. Həvəskar çəkiliş zamanı həyətdən 26 ədəd çətənə kolu aşkarlanıb: "13 yaşından çəkirəm. 1 il əkirəm, 2-3 il çəkirəm. Qismətdir, nə bilim... Bu gün-sabahlığam onsuz da".

 

İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini bildirib. Əvvəllər məhkum olunmayan Heydər Pirimovun 3 övladı, 6 nəvəsi var.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv