Ziyad Səmədzadə: "Faizsiz kredit verən BANK NECƏ QAZANIR?"
"Haqsız reklamın inkişafına və təbliğinə yol vermək olmaz. Verilən reklamın arxasında mütləq isteklakçıların hüquqlarının qorunması, reallıq, ədalətlilik prinsipləri olmalıdır".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə müasir bank sektorunda yaşanan ciddi problemlərdən danışarkən bildirdi. Komitə sədri deyir ki, hazırda banklarda kredit faizlərinin aşağı salınmasının tərəfdarıdır.
"İstərdim ki, kredit faizləri nisbətən aşağı düşsün. Bu istiqamətdə artıq müəyyən işlər görülsün. Reallıq göstərir ki, bəzi reklamlar heç cür əlverişli deyil. Məsələn, yazır faizsiz kredit. Faizsiz kredit verməklə bank necə yaşayır? Yəni hesablamalar dəqiq olmalıdır, cəmiyyətə aydın şəkildə çatdırılmalıdır".
Millət vəkili deyir ki, ipoteka ilə bağlı şərtlərin sadələşdirilməsi məsələsi gündəmdədir.
Komitə sədri hesab edir ki, ölkənin hazırkı inkişaf səviyyəsində regionlarda da ipoteka kreditlərinin verilməsi vacibdir.