Gəncədə sərxoş qadın sürücü qəza törətdi: ölən var
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında yığılan divar daşlarına çırpılıb.
Qəza zamanı avtomobilin sərnişini, 24 yaşlı Xanım Əbülfəz qızı Nəsirova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 30 yaşlı Nurlana Kərimova isə yüngül xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. İlkin məlumata görə, sürücü və sərnişin sərxoş olub.