İŞİD-ə İraq da da ağır zərbələr endirildi
İraq ordusu Ənbar vilayətində İŞİD mövqelərinə zərbələr endirib. APA TV-nin məlumatına görə, əməliyyat zamanı 100-dən çox terrorçu məhv edilib.
İraq ordusunun ortaq əməliyyatlar qüvvələrinin sözçüsü Yəhya Rəsul bildirib ki, İŞİD mövqelərinə zərbələr F-16 qırıcıları ilə endirilib. Məhv edilən 100-dən çox terrorçu arasında İŞİD-in yüksək vəzifəli nümayəndələri də var.
Ordu rəsmisi deyib ki, İŞİD Ənbarda terror hazırlıqları görürdü. Onun sözlərinə görə, hücum vaxtında edilib.
İraqın Daxili İşlər Nazirliyi əməliyyatla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, əməliyyat zamanı İŞİD-in müxtəlif sahələr üzrə 7 lideri məhv edilib.