ABŞ və Rusiya Suriya məsələsində razılaşdı - ŞƏRTLƏR

ABŞ və Rusiya Suriya məsələsində razılığa gəlib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, razılıq sənədində atəşkəs rejiminin 12 sentyabr tarixində, gecə saat 00:00-dan etibarən qüvvəyə minəcəyi əksini tapıb.

 

Sənədin əsas müddəası Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən aviazərbələrin dayandırılmasından ibarətdir.

 

Bundan əlavə, Rusiya və Birləşmiş Ştatlar silahlı birləşmələrə hava zərbələrinin koordinasiyası üçün vahid qərargah yaradılmasını da razılaşdırıb. Dövlət departamentinin baş katibi Con Kerri planın ədalətlə reallaşacağını deyib.

 

"Tərəflərin özlərindən asılı olanı və bizim çağırışlarımızı yerinə yetirəcəkləri təqdirdə diplomatların uzun müddət göstərdikləri səylər öz nəticəsini verəcək və Suriyada keçid prosesi başlamış olacaq".

 

Qeyd edək ki, Lavrovla Kerri arasında danışıqlar ümumilikdə 14 saat çəkib. Görüşün yekunlarına əsasən tərəflər arasında beş sənəd imzalanıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv