İŞİD Türkiyənin daha bir tankını vurdu - 3 ŞƏHİD

İŞİD-in Türkiyəyə məxsus tankı vurması nəticəsində 3 hərbçi şəhid olub, biri yaralanıb. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusunun həyata keçirdiyi "Fərat qalxanı" hərəkatının 17-ci günündə, Suriyanın Rai bölgəsində İŞİD terrorçuları raketlə türk tankını vurub.


Üç hərbçinin şəhid olması ilə PYD və İŞİD terror təşkilatlarının hücumları nəticəsində Türkiyənin itkiləri yeddiyə yüksəlib. Yaralı hərbçi xəstəxanaya çatdırılıb.
 

Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında Türk Ordusu tərəfindən terrorçulara məxsus mövqelər Hava Əməliyyatları nəticəsində məhv edilib. Müxaliflər iki qoldan irəliləyərək Tall Ali bölgəsində nəzarəti əldə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv