ABŞ-ın açıqladığı rəqəmlərə inam azalır, neft yenidən ucuzlaşır

Həftənin son seansında neftin qiyməti həftəlik minimumu təzələyib. APA TV-nin məlumatına görə, birjalar bağlananda "Brent" markalı neftin bir barelinin qiyməti 47,86 dollar olub. Qərbi Texas nefti də xeyli ucuzlaşıb. Son 24 saat ərzində WTİ neftinin maksimum qiyməti 47,25 dollar olub. Birjaların son seansında isə qiymətlər 45,72 dollara kimi geriləyib.

 

Qiymətlərin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının qəfil azalmasının müvəqqəti amil kimi dəyərləndirilməsidir. Treyderlər hesab edir ki, önümüzdəki həftə ehtiyatlar artacaq və bazarda təklif tələbi yenidən üstələyəcək. Bu baxışlar fonunda neftin qiyməti aşağı düşüb. 

Müəllif | Apa.Tv
Apa.tv