Lənkəranda 19 yaşlı gənc qətlə yetirildi
Lənkəranda qətl hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Ləvəngi dairəsi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Əmrah Gülbala oğlu Məmmədzadə şəxsi münaqişə zəminində həmyerlisi, 19 yaşlı Elvin İlham oğlu Vəlizadəyə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı dərhal Lənkəran Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətmiş Əmrah Məmmədzadə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.