Xaçmazda faciə: yaşlı qadın diri-diri yandı
Xaçmaz rayonunda yaşayış evində baş verən yanğında 63 yaşlı qadın diri-diri yanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.
![]()
Yanğından sonra kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Yaşlı qadının evdə tək yaşadığı bildirilir.
Evin qalan hissəsi yanğından mühafizə olunub.