Zakir Həsənov: "Torpaqlarımızı qısa müddətdə azad etməliyik"

"Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi olub. Torpaqlarımızın bir qismi işğaldan azad edilib". APA TV-nin məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə müraciətində deyib.

 

Nazir bildirib ki, prezident, Ali Baş Komandan İlham Əliyevin "Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın" fikri daim yadda saxlanılmalıdır.

"Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik. İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız”, deyə general polkovnik əlavə edib. 

Müəllif | Apa.Tv
Apa.tv