Mübahisə bıçaqlanma ilə nəticələndi - QAZAXDA
Qazax rayon sakini qonşusu tərəfindən bıçaqlanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Dünyamalı Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.