Qazaxda ağır qəza: sürücü və həyat yoldaşı dünyasını dəyişdi
Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə dünən saat 01.00 radələrində Qazax rayonunun Canallı kəndində baş verib. Qazax şəhər sakini Amil Əhmədov idarə etdiyi “Opel” markalı avtomobili kənd ərazisində aşırıb.
Nəticədə sürücü və sərnişini Xəyalə Abbasova hadisə yerində ölüb.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.