Dənizdə boğulan neftçinin meyiti tapıldı

Ötən gün dənizdə boğulan neftçinin meyiti  tapılıb. Bu barədə APA-ya Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

 

Onun sözlərinə görə, Əliyev Musa Əhməd oğlunun meyiti ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, ötən gün Xəzər dənizində bədbəxt hadisə baş verib. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan Əliyev Musa Əhməd oğlu dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.

 

Müəllif | Apa.Tv