Hillari Klintonun halı pisləşdi
Ötən gün ABŞ prezidentliyinə namizəd Hillari Klintonun halı gözlənilmədən pisləşib.
APA TV-nin xəbərinə görə, hadisə Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktı qurbanlarının yad edildiyi tədbir zamanı baş verib.
Özünü pis hiss edən demokratların namizədi dərhal onu gözləyən mikroavtobusa sarı gedib. Şahidlərdən biri mühafizəçilərin H.Klintonun əlindən tutaraq mikroavtobusa əyləşdirdiyini bildirib.
Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, H.Klintonun prezident olmasına fiziki imkanları yetərli deyil. H.Klintonun həkimi Liza Bardak isə bildirib ki, Hillarinin sağlamlığı qaydasındadır.