Salyanda 23 yaşlı gənc qətlə yetirildi
Salyanda 23 yaşlı gənc qətlə yetirilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib.
Kimlik araşdırması nəticəsində onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.
Qətldə şübhəli sayılan Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.