Azərbaycanda tükürpədici hadisə: ana 12 yaşlı qızını diri-diri yandırdı
Gəncədə ana qızının üzərinə benzin tökərək onu yandırıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Vüsalə Füzuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib.
Məlumata görə, ruhi xəstəlikdən əziyyət çəkən ananın qızının üzərinə benzin tökərək yandırmasına səbəb uşağın evdən pul götürməsi olub.
Hadisəni törədən 1975-ci il təvəllüdlü Bülbül Qasımova qaçıb. Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Məlumata görə, Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkirmiş.
Vüsalə Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib.