Neft yenidən ucuzlaşır

Neft yeni həftəyə ucuzlaşma ilə başlayıb. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında "Brent" markalı neftin bir barelinin qiyməti 47,19 dollar olub.

 

Qərbi Texas nefti də xeyli ucuzlaşıb. Bu səhər birjalarda WTI nefti 45 dollardan da ucuz satılıb. Ötən həftə təxminən 47 dollar civarında satılan bu marka, hazırda 44, 98 dollardan təklif olunur.

 

Qiymətlərin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının qəfil azalmasının müvəqqəti amil kimi dəyərləndirilməsidir. Treyderlər hesab edir ki, önümüzdəki həftə ehtiyatlar artacaq və bazarda təklif tələbi yenidən üstələyəcək. Bu baxışlar fonunda neftin qiyməti aşağı düşüb. 

Müəllif | Apa.Tv
Apa.tv