Bakıda bayram namazı qılındı

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri hesab olunur.  APA TV-nin məlumatına görə, bayram münasibətilə Azərbaycanın məscidlərində bu gün səhər saatlarında bayram namazı qılınıb.

 

Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da baş tutub. 

 

Təzəpir məscidində bayram namazı axund Hacı Mircəfər və Hacı İrşadın imam-camaatlığı ilə qılınıb.

 

Xatırladaq ki, sentyabrın 12-də və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv