Bakıda yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə yarımadada 19-22, gündüz  26-30 dərəcə, Bakıda gecə  19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz  27-32 dərəcə, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv