Bakı-Qazax yolunda iki maşın toqquşdu: 3 yaralı
Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun 396-cı kilometrliyində, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2106” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfərin xəsarəti yüngül olduğu üçün ambulator müalicəyə buraxılıb. “VAZ”-ın sürücüsü, 1963-cü il təvəllüdlü Daşkəsən rayon sakini Etiqat Əliyev və həmyerlisi, 1992-ci il təvəllüdlü Sənan Qarayevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
“VAZ”-ın sürücüsü Etiqat Əliyev avtomobili ilə öz yolu ilə getdiyini, “Chevroletin”in qarşı tərəfdən onun yoluna çıxdığını bildirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.