Gəncədə Qurban bayramı qeyd olunub
Qurban bayramı münasibətilə Gəncədə qurbanlıq heyvanlar kəsilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin 10-a yaxın yaşayış massivində təşkil olunan qurbankəsmə aksiyalarında 15 iri buynuzlu, 540 baş xırdabuynuzlu heyvan kəsilərək, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, aztəminatlı və imtiyazlı ailələrə paylanıb. Ümumilikdə 13 min ailəyə qurban payı təqdim olunub.
Qeyd edək ki, qurbanlıq heyvanların seçimi və kəsilməsi Gəncə şəhər Baytarlıq İdarəsinin nəzarəti altında həyata keçirilib.