Gəncədə ağır qəza: 6 maşın toqquşdu, yaralılar var

Gəncənin Şeyx Bahəddin küçəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun məlumata görə, şəhər sakini, 41 yaşlı Ziya Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edərək  idarəetməni itirib və maşın “Hyundai”yə çırpılıb. “Hyundai” isə başqa iki avtomobilə dəyib, Daha sonra “Mercedes” “Niva” və VAZ-2107 ilə toqquşub. Qəza zamanı VAZ-2107 yolun kənarında olan iki piyadanı - 37 yaşlı Seymur İsmayılov və 28 yaşlı Mirvari Tağıyevanı vuraraq mağazanın divarına çırpılıb.

 

Xəsarət alan 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv