Bakı sirkinə GÜNDƏ 47 KİLO ƏT YEYƏN ŞİRLƏR gətirilib

 

Şirlər, meymunlar ,illüziyalar, hava gimnastları, jonqlyorlar, akrobatlar... Bunlar Bakı dövlət Sirkinin yeni mövsümdə təqdim etdiyi proqramda tamaşaçıların görüşünə gələcək.

 

APA TV xəbər verir ki, Bakı Dövlət Sirki yeni mövsümü oktyabrın 25-də açmağı planlaşdırılır. Bununla əlaqədar olaraq sirk rəhbərliyinin dəvəti ilə Bakıya böyük bir heyət gəlib.

 

Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyir ki,

Ukrayna və Rusiyadan dəvət olunan komanda "Kral 2" adlı yığma proqramla sirkin arenasında çıxış edəcək.

 

Ölkəmizdə ikinci dəfədir, çıxış edən komanda əhliləşdirilmiş meymun və itlərlə müxtəlif nömrələr təqdim edəcək. Bir neçə gündür ki, Bakıda olan komanda üzvləri səhnədə son məşqlərini edir.

 

Hazırda isə proqramda ən maraqlı nömrələrdən olan şirlərlə son məşq keçilir. Ukraynadan dəvət olunan bu şirlər gün ərzində 47 kilo ət yeyir.

 

Bir-birindən fərqli ,həm də təhlükəli nömrələr təqdim etməyə hazırlaşan heyət tamaşaçıları təcəccübləndirməkdə qərarlıdır.

 

Rusiyanın xalq artisti Aleksandr Pinkon bundan sonra da ölkəmizə gəlmək istəyir. Şirlərlə işləməyin olduqca təhlükəli olduğunu deyən xalq artisti budəfəki nömrədə 11 şirlə səhnəyə çıxacağını deyir.

 

Proqram noyabrın ortalarına qədər davam edəcək. Əsasən cümə, şənbə, bazar, məktəblilərin payız tətili günlərində isə hər gün iki  seansla göstəriləcək.

 

Müəllif | Apa.Tv