Bəşər Əsəd bayram namazına qatıldı və müxalifəti hədələdi
Suriya prezidenti Bəşər Əsəd Qurban bayramı münasibətilə bayram namazına qatılıb. O, namazı Dəməşq yaxınlığında hökumət qoşunlarının nəzarətinə keçən Deraya şəhərində qılıb.
Deraya şəhəri sentyabrın 1-də Suriya ordusu ilə mötədil müxalifət arasındakı razılaşma əsasında azad edilib. Razılaşma əsasında şəhəri 4000 mülki şəxs, o cümlədən 700 silahlı tərk edib.
Bəşər Əsəd bəyan edib ki, Suriya ordusu çərçivəyə qayıtmaqdan imtina edən silahlı qruplarla mübarizəni davam etdirməyə hazırdır. “Vətənin qapıları açıqdır. Kim qayıtmaq istəyirsə, dövlət ona ana olacaq. Dollar axınının aləti olaraq qalanlara isə deyirik ki, silahlı qüvvələr öz işini tərəddüdsüz görəcək”.
Suriya prezidenti əlavə edib ki, ordu ölkənin bütün rayonlarında təhlükəsizliyi təmin etməyə hazırdır və onun fəaliyyətinin əsasını konstitusiya təşkil edir.