Devid Kemeron deputatlıqdan da imtina etdi

Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron deputat səlahiyyətlərindən vaxtından əvvəl imtina edib. İki ay əvvəl o baş nazir vəzifəsindən getmişdi. Buna iyunun 23-də keçirilən referendumda vətəndaşların əksəriyyətinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verməsi səbəb olmuşdu. Devid Kemeron ölkənin Avropa İttifaqında qalmasının tərəfdarı idi.

 

Devid Kemeron bildirib ki, hazırkı vəziyyətdə deputat qalmağı məqsədəuyğun saymır. Onun sözlərinə görə, bu, yeni hökumətin Böyük Britaniya üçün etdiklərindən fikir yayındırmaq olar.

 

Devid Kemeron hazırkı baş nazir Tereza Meyə dəstək verdiyini də deyib və ölkənin onun rəhbərliyi altıdan çiçəklənəcəyinə əminliyini ifadə edib.

 

Müəllif | Apa.Tv
Apa.tv