Binəli Yıldırm polisi belə "baş-göz" etdi - TELEFONDA ELÇİLİK
Türkiyənin baş naziri Binəli Yıldırım Çevik Qüvvələrin Hərbi hissəsində polislərlə səhər yeməyi yeyib. APA TV-nin məlumatına görə, söhbət zamanı o, bir polisin xahişi ilə telefon vasitəsilə ona elçilik edib. Yıldırım əvvəlcə qızla, sonra onun valideynləri ilə danışıb, onların razılığını aldıqdan sonra polisin anasına zəng edərək qızın razılığını aldığını müjdə verib.