Bayram atəşkəsi pozuldu: Hələbdə ölən və yaralananlar var

Hələbin şimalında dünən gecə yarısından qüvvəyə minən atəşkəs pozulub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Dəməşq razılaşmanın silahlı müxalifət tərəfindən pozulduğunu iddia edib.

Hələbin şimal hissəsində Suriya ordusunun nəzarətində olan ərazilər raket atəşinə tutulub. Nəticədə 1 nəfər ölüb, 17 sakin yaralanıb.

Qeyd edək ki, 7 günlük atəşkəs Qurban bayramı ilə əlaqədar bağlanıb. Razılaşma ABŞ və Rusiya xarici işlər nazirlərinin sentyabrın 10-da keçirilən görüşü zamanı əldə edilib. Suriya hökuməti isə qarşı tərəfin bu razılaşmaya əməl etməyəcəyi təqdirdə cavab atəşi açacağını bildirib.


Müəllif | Apa.Tv
Apa.tv