Ermənistanın yeni baş naziri bəlli oldu

Ermənistanın yeni baş nazirinin adı məluma olub. APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, Serj Sarkisyan hökumət başçısı postuna Karen Karapetyanın təyin olunması barədə sərəncam imzalayıb.

Karen Karapetyan 1963-cü ildə doğulub, ixtisasca riyaziyyatçıdır. 2010-2011-ci illərdə İrəvan meri olub.

Xatırladaq ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyan sentyabrın 8-i istefaya gedib.

Qeyd edək ki, Karen Karapetyanın baş nazir postuna gətirilməsi erməni ictimaiyyəti tərəfindən heç də razılıqla qarşılanmır.


 

Müəllif | Apa.Tv
Apa.tv