Xaçmazda maşın maneələrə çırpıldı: 1 nəfər xəsarət aldı

Xaçmaz rayonu ərazində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ - 21010" markalı, 27 BM 998 dövlət nömrə-nişanlı avtomaşın yolun kənarında maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlu xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv