Türkiyə ABŞ-dan ilk dəfə rəsmən tələb etdi - GÜLƏNİ HƏBS EDİN!

Türkiyənin Ədliyyə Nazirliyi ABŞ-dan Fətullah Gülənin həbs edilməsini tələb edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu Türkiyənin ABŞ-dan Gülənin həbsi ilə bağlı rəsmi səviyyədə ilk tələbidir.
Yazılı tələbdə Fətullah Gülənin 15 iyul - dölət çevrilişinə cəhdinin təşkil olunmasında və idarə edilməsində ittiham olunduğu, bunu həmin hadisələrdən sonra aparılan istintaq materiallarında onun əmrləri ilə hərəkət edən şəxslərin verdikləri ifadələrin təsdiq etdiyi bildirilir.
Bundan əlavə Gülənin həmin hadisələr zamanı prezidentə sui-qəsd, konstitusiyanı ləğv etmək təşəbbüsü, TBMM-ni ortadan qaldırmaq və ya vəzifəsini həyata keçirməyə maneçilik törətmək, silahlı terror qruplaşmaları yaratmaq və idarə etməkdə təqsirləndirildiyi qeyd olunur və onun axtarıldığı bildirilir.
Fətullah Gülənin barəsində "silahlı terror qruplaşması yaratmaq və idarə etmək" ittihamı ilə 10 ildən 15 ilə qədər, digər ittihamlarla isə ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla biləcəyi vurğulanır.
Ədliyyə Nazirliyinin yazılı müraciətində həbs tələbinin Türkiyə ilə ABŞ arasında "Təqsirləndirilən şəxslərin ekstradisiyası və həbsxanalarda qarşılıqlı yardım" haqqında sazişin 10-cu maddəsinə tam uyğun olduğu bildirilir


 

Müəllif | Apa.Tv
Apa.tv