Suriya İsrailin hərbi təyyarəsini vurduğunu açıqladı - ƏKS REAKSİYA

Suriyada İsrail ordusuna aid hərbi təyyarə və bir pilotsuz uçan aparat vurulub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə məlumat Suriya ordusuna aid mənbələrdən daxil olub. 

 

Hadisənin ölkənin qərb hissəsində yerləşən Kuneytra bölgəsində baş verdiyi açıqlanıb.

 

İsrail hökuməti hərbi təyyarənin vurulması xəbərinə dərhal reaksiya verib.

 

Hökumət adından yayılan bəyanatda terrorçuların mövqeyinə havadan zərbələr endirildiyi, lakin onlara məxsus heç bir təyyarənin vurulmadığı açıqlanıb.  

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv