Külək, duman, yağış - PROQNOZ
Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.