Türkiyə ərazisi raket atəşinə tutuldu

Türkiyənin Hatay bölgəsi Suriya ərazisindən raket atəşinə tutulub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, raketlər Hatayın Yayladağ qəsəbəsi yaxınlığına düşüb.

Raket mərmiləri güclü partlayış yaradıb, xəsarət alan və dağıntının olmadığı bildirilir.

Zərbələrin kim tərəfindən endirildiyi məlum deyil. Türkiyə əks istiqamətə "Fırtına" topları ilə qarşılıq verib.

Xatırladaq ki, Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusu indi də davam edən "Fərat qalxanı" əməliyyatında sərhədboyu ərazilərin İŞİD terrorçularından təmizləyib. Buna qədər isə Hatay Türkiyənin İŞİD tərəfindən atəşə ən çox məruz qalan bölgələrindən biri olub.

 

Müəllif | Apa.Tv
Apa.tv