İran parlamentinin sədri: "Səudiyyə ötən ilki Həcc faciəsinin hesabatını verməlidir"

İran parlamentinin spikeri Əli Laricani dünya ictimaiyyətini ötən il Minada baş verən hadisələrlə bağlı komissiya yaratmağa çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ötən ilki Həcc ziyarəti zamanı yaşanan  hadisələrin birinci ildönümü münasibətilə etdiyi müraciətdə islam dünyasını və beynəlxalq ictimaiyyəti həmin olaylara vicdanla yanaşmağa, eləcə də baş verənlərin  səbəblərinin araşdırılması, habelə günahkarların cəzalandırılmasına çağırıb.

 

Ə. Laricani Mina dağında baş verənləri Həcc ziyarəti təşkilatçılarının səriştəsizliyi və bacarıqsızlığının nəticəsi kimi dəyərləndirərək, həmin hadisələrin Səudiyyə hakimiyyətinin ziyarət prosesindəki bərbad idarəçiliyi səbəbindən yaşandığını qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv