Bakı sakini Şamaxıda öldü - QƏZA

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-İsmayıllı yolunun 123-cü kilometrliyində qeydə alınıb.


Yevlax rayon sakini Şəhriyar Bağırzadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədova Zöhrə Məhərrəm qızını vurub. 

Təcili olaraq Zöhrə Məmmədova ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın orada dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv