Namizədlərin səhhət problemi: Tramp da çıxışını yarıda saxladı

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın Şimali Karolinada partiyadaşları ilə görüşündə insident yaşanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, çıxışı zamanı onu dinləyənlərdən birinin halının pisləşdiyini görən D. Tramp çıxışını yarıda saxlayaraq, həmin qadına həkim çağırılmasını tələb edib.

 

Bundan dərhal sonra Donald Tramp halı pisləşən xanıma yaxınlaşıb və ona kömək göstərilməsini müşahidə edib. Milyarder yalnız həkimlər qadına kömək etdikdən sonra səhnəyə qayıdaraq, çıxışını davam etdirib.

 

Qeyd edək ki, sentyabrın 11-də demokratların namizədi Hillari Klinton çıxış edərkən, onun da halı qəflətən pisləşib. Bundan sonra mühafizəçiləri H. Klintonu avtomobilinədək müşayiət ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv