Şəmkirdə 2 avtomobil toqquşdu, sürücü hadisə yerində keçindi

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, rayonun Seyfəli kəndində  Bakı şəhər sakini, Rövşən Məmmədovun idarət etdiyi “Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun idrə etdiyi “VAZ 2107”markalı avtomobil toqquşub.

 

Nəticədə “VAZ”ın sürücüsü ,1962-ci il təvəllüdlü M. Məmmədov hadisə yerində ölüb, sərnişini isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv