Manat bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 9-u ilə müqayisədə azalaraq 1,6390 manat olub.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8398 manatdır.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdır. Beləliklə, funt sterlinq 1,03%-lik ucuzlaşma nümayiş etdirib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 türk lirəsi 54 manat 96 qəpik, 100 Gürcüstan larisi 70 manat 95 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.