Göygöldə iki maşın toqquşdu: 5 yaralı

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb.

 

“VAZ-21011” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1964-cü il təvəllüdlü Hamlet Musayev və “KİA”da olan Şəmkir rayon sakinləri - 1971-ci il təvəllüdlü Mübariz Lətifoğlu, 1990-cı il təvəllüdlü Mirmahmud Əliyev, 1991-ci il təvəllüdlü İsmət Rzayev və 1991-ci il təvəllüdlü Mahir İbrahimov  müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv