ABŞ-da neft hasilatı azalır, qiymətlər yenidən bahalaşmağa başladı
Dünya bazarında neft bahalaşıb. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,15 dollar artaraq 47,25 dollar olub.
Qərbi Texas markası da dəyər qazanıb. WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 45,11 dollar təşkil edib.
Neftin qəfil ucuzlaşmadan sonra yenidən bahalaşma trendinə girməsinə səbəb Amerika Neft İnstitutunun açıqladığı hesabatlardır. Hesabatlara əsasən, həftə ərzində ABŞ-ın neft ehtiyatları 1,4 milyon barel artıb, bu, proqnozlardan 2,5 milyon barel azdır. Hasilatın azalması neftin qiymətinin yenidən dəyər qazanmasına təsir göstərib.