ABŞ-da dəhşət: 6-sı uşaq, 9 nəfər diri-diri yandı
ABŞ-ın Tennessi ştatında evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Memfis şəhərində qeydə alınan hadisədə ölənlərin 6-sı uşaqdır. Xəsarət alan uşaqlardan birinin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər evdən 10 nəfəri xilas edə biliblər.