İŞİD-in bayram ayini: GİROVLAR "QURBAN" KƏSİLDİ
İŞİD terror təşkilatı Qurban bayramı günü dəhşətli edam həyata keçirib. APA TV-nin məlumatına görə, terror təşkilatı bu günə qədər yaydığı videoların ən dəhşətlisini sosial mediada nümayiş etdirib.
Qurban bayramı ilə bağlı hazırlanan videoda İŞİD-in əlindəki əsirlər qurbanlıq qoyun kimi tavandan qarmaqla asılır, qoyun kimi boğazlanaraq edam edilir.
Videonun Suriyanın şimal-şərqindəki Deyz-əz-Zor qəsəbəsində çəkildiyi bildirilir. Qurbanlıq qoyun kimi edam edilən 10 nəfər ABŞ-a agentlik etməkdə günahkar bilinir.