Ukraynanın erməni daxili işlər nazirinə cinayət işi açıldı
Ukrayna Baş Prokurorluğu ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi başlayıb.
APA TV-nin məlumatına görə, bu barədə baş prokuror Yuri Lutsenko telekanalda canlı yayımda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, DİN başçısına qarşı cinayət işi Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra başlanıb.
Xatırladaq ki, bundan əvvəl verilən məlumatlarda Arsen Avakova deyil, onunla bağlı şikayət edən Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbərinə cinayət işi qaldırıldığını bildirilirdi. Lutsenko mərkəzin rəhbərinə qarşı cinayət işinə xitam verildiyini, Şabuninin fəaliyyəti ilə bağlı cinayət işi başlayan prokurorların isə cəzalandırıldığını deyib.
Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov Bakıda anadan olub.