Dağ idmanları turizmin inkişafına necə təsir edir?

Bakıda "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans başlayıb. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun dediyinə görə, hazırda federasiyanın 5 minə yaxın üzvü var. O, son illər dağların mürəkkəb ekosisteminin ağır təsirlərə məruz qaldığını bildirib. Konfransın keçirilməsinin də əsas məqsədi bütün təbiətsevərləri bu ekosistemin qorunmasına cəlb etməkdir.

 

Azərbaycan ərazisinin əlli faizinin dağlıq ərazidə yerləşdiyini qeyd edən federasiya prezidenti bildirib ki, ölkədə 4 min metrdən hündür olan 17 dağ zirvəsi var.

 

Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Makmillan isə bildirdi ki, dünyanın dağlıq regionlarında turizmin inkişafı üçün Qafqazda dağ idmanı növlərinə xüsusi diqqət yetirmək məqsədəuyğundur.

 

Beynəlxalq konfrans oktyabrın 26-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova