UEFA-nın yeni prezidenti seçildi

Sloveniya Futbol Federasiyasının rəhbəri Aleksandr Ceferin UEFA-nın yeni prezidenti seçilib.

 

APA TV-nin məlumatına görə, təyinat bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən toplantıda gerçəkləşib.

Xatırladaq ki, Mişel Platinin FİFA-nın keçmiş prezidenti Zepp Blatterdən 2 milyon İsveçrə frankı aldığı iddiaları ilə 4 illik futboldan uzaqlaşdırılmasından sonra fransız bu gün rəsmən istefa verib.

 

Aleksandr Ceferin UEFA üzvü olan 55 ölkədən 42-nin dəstəyini alıb.

Müəllif | Apa.Tv
Apa.tv