Dollar ucuzlaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının sentyabrın 15-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə azalaraq 1,6375 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün ABŞ dollarının məzənnəsi 1,6390 manat olub.