Rio-2016: Azərbaycan atleti finala yüksəlib
Azərbaycan atleti Elmir Cəbrayılov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.
APA TV-nin məlumatına görə, 100 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 11,27 saniyə göstərici ilə idmançımız üçüncü olub və finala yüksəlib.
Yarışın final mərhələsi sentyabrın 15-də keçiriləcək.