Bakıda kafedə dava: bıçaqlanan var

Qaradağ rayonunda kafedə düşən dava bıçaqlanma ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. Kafenin müştəriləri olan Etibar Mövlan oğlu Əliyevlə Cavid adlı şəxs arasında mübahisə düşüb. Mübahisə zamanı Cavid cibindən çıxardığı bıçaqla Etibar Əliyevin döş nahiyəsindən bir zərbə vurub.

 

Hadisədən sonra Cavid kafeni tərk edib. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxsin axtarışları davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv